Prezident Ərdoğan İsrailin XİN başçısı ilə görüşdü

  • By admin
  • 15 Fevral 2023 22:04

Türkiyədə səfərdə olan İsrailin Xarici İşlər Naziri Eli Cohen Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin mətbuat ofisindəntəsdi edib.

Eli Cohen isə özünün Tvitter səhifəsində görüşlə bağlı paylaşımında İsrailin türk xalqına insanı yardımlara davam edəcəyini bildirib.

Cohen ölkələr arasındakı münasibətlərin regional sabitlik baxımından önəmli olduğunu və bu münasibətlərin güclənməsi üçün çalışmaların davam edəcəyini vurğulayıb.

Xatırladaq ki, Türkiyədə səfərdə olan Cohen bundan öncə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşmüşdü.

 

Tərcümə: Arzu Sayadoğlu