Prezidentdən 2 generalla bağlı sərəncam

  • By admin
  • 31 Avqust 2021 16:04

Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.info-ın məlumatına görə, təltif olunanlardan ikisi generaldır. Belə ki, general-leytenant Mirzəyev Etibar Böyükbəy oğlu və general-mayor Həsənov Məhərrəm İmamqulu oğlu “İgidliyə görə” medalı ilə təltif olunublar.

Qeyd edək ki, Etibar Mirzəyev fövqəladə hallar nazirinin  müavini, Məhərrəm Həsənov isə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) rəisinin birinci müavinidir.

Gununsesi.info