PSJ – “Bavariya” matçının hakimləri açıqlandı

  • Müəllif: admin
  • 20 Avqust 2020 17:32

Almaniyanın “Bavariya” və Fransanın PSJ komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb. 

Gununsesi.info UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

Əsas referi Daniel Orsatoya, yan xətt hakimləri Lorentso Manqanelli və Alessandro Callatini yardımçı olacaq.

4-cü hakim funksiyasını Ovidiu Hateqan yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək PSJ – “Bavariya” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

 

Gununsesi.info