Azərbaycanda bu il pivə istehsalı 13% artıb

  • Müəllif: admin
  • 20 Avqust 2020 17:45

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 3 359,5 min dekalitr pivə istehsal edilib.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə istehsal olunan pivənin həcmi 13,1% artıb. Cari ilin avqustun 1-nə ölkədə pivə üzrə hazır məhsul ehtiyatı 212,8 min dekalitr təşkil edib ki, bu da illik ifadədə 22,1% azdır.

 

 

Gununsesi.info