Putin açıqladı: Dizel ixracına qadağa qoyulur!

  • Müəllif: Firuzə
  • 28 İyun 2026 22:41

Dizel yanacağı ixracına tamamilə qadağa qoyulması zərurəti nəzərdən keçirilir.

Gununsesi.info  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Daxili istehlakçıların maraqları naminə benzin və reaktiv yanacaq ixracına müvəqqəti qadağa qoyulub. Dizel yanacağı ixracına tamamilə qadağa qoyulması zərurəti də nəzərdən keçirilir”, – deyə dövlət başçısı qeyd edib.

Qeyd edək ki, Ukrayna ordusunun NEZ-lərə kütləvi zərbələr endirməsi səbəbindən Rusiyanın bir çox regionunda yanacaq problemləri yaranıb.

Gununsesi.info