Putin Baydeni təbrik etdi

  • By admin
  • 15 Dekabr 2020 14:14

Rusiya Prezidenti Vladimir Putin ABŞ-dakı prezident seçkilərindəki qələbəsi münasibətilə Co Baydeni təbrik edib.

Gununsesi.info xəbər verir ki, Kreml Putinin amerikalı həmkarına teleqram göndərdiyini açıqlayıb.

Rusiya lideri Baydenə siyasətində uğurlar arzulayıb, Moskva və Vaşinqtonun fikir ayrılıqlarına baxmayaraq, bir çox problemin həllinə töhfə verə biləcəyinə əminliyini ifadə edib.

Putin qeyd edib ki, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Rusiya-Amerika əməkdaşlığı hər iki ölkənin xalqlarının və bütün beynəlxalq birliyin maraqlarına cavab verəcək.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 3 noyabrda keçirilib.

Gununsesi.info