Putin eks-prezidentə sığınacaq təklif etdi

  • By admin
  • 08 Fevral 2022 11:40

“Ukraynada ölkənin eks-prezidenti Pyotr Poroşenkonun təqib edilməsi Ukraynadakı mövcud hökumətin uğuru üçün zərbədir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Poroşenkoya hələ Ukrayna prezidenti olanda siyasi sığınacaq təklif edilib. Lakin keçmiş Ukrayna lideri o zaman bu məsələdə çox istehzalı idi. Bu gün Donbassda nizamlanma məsələsində ciddi fikir ayrılıqlarımıza baxmayaraq, mən öz təkliflərimi təsdiq etmək istəyirəm və hesab edirəm ki, (Poroşenko) bu istiqamətdə çoxlu səhvlərə yol verib, amma yenə də onun dövlət cinayətkarı kimi təqib olunması, fikrimcə, düzgün deyil. Biz cənab Poroşenko kimi insanlara Rusiyada sığınacaq verməyə hazırıq”,- Putin bildirib.

Gununsesi.info