Putin gələn həftə İran Prezidenti ilə danışıqlar aparacaq

  • By admin
  • 16 Yanvar 2022 16:15

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlar aparacaq.

Gununsesi.info bu barədə “Rossiya 1” telekanalına istinadən xəbər verir.

Məlumata görə, danışıqlar gələn həftə Moskvada baş tutacaq.

Bundan əlavə, dövlət başçısının Rusiya Təhlükəsizlik Şurasının iclası, şəxsi görüşləri və beynəlxalq telefon danışıqları planlaşdırılıb.

 

Gununsesi.info