Putinin təbliğatını darmadağın etmək üçün “informasiya cəbhəsi” açın - NAVALNI BAYDEN VƏ CONSONA SƏSLƏNDİ

  • By admin
  • 14 Aprel 2022 22:23

Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı ABŞ prezidenti Co Bayden, Britaniyanın baş naziri Boris Conson, Avropa İttifaqı rəsmiləri və İT şirkətlərinin rəhbərlərini sosial şəbəkələrin reklam imkanlarından istifadə edərək, Putinin təbliğatını darmadağın etmək üçün “informasiya cəbhəsi” açmağa çağırıb.

Navalnının sözlərinə görə, “ukraynalıları öldürmək üçün Putinə həqiqətən də Rusiya daxilində müharibəyə dəstək lazımdır”. Lakin siyasətçinin fikrincə, “Rusiyada Ukrayna ilə müharibəyə deyildiyi kimi 75 faiz dəstək yoxdur”.

“Ukraynadakı müharibəni dəstəkləyirsinizmi?” sualı, həm də “Xeyr” cavabı həm sosioloqu, həm də respondenti 15 il həbs cəzası hədələyirsə, hansı sosiologiyadan danışmaq olar” – deyə, Navalnı yazıb.

“Belə bir reklam tam kommersiya qiymətinə alınsa belə, onun dəyəri müharibənin qiyməti ilə müqayisədə gülüncdür” – deyə, Navalnı bildirib.

Onun sözlərinə görə, “hər bir rus internet istifadəçisini iki dəfə əldə etmək” üçün gündə 200 milyon baxış gərəkdir. Çünki “həqiqət və azad məlumat Putinin çılğın rejiminə Javelin-lərdən daha ağır zərbə vurur”.

“Fakt budur ki, Rusiya vətəndaşlarının əksəriyyətinin Ukraynada baş verənlərlə bağlı tamamilə təhrif olunmuş təsəvvürləri var” Navalnı bildirib.

2022-ci il fevralın 24-dən, Rusiya hakimiyyəti Ukraynaya silahlı basqına başlayandan indiyədək Rusiyada “Azadlıq” radiosu, Crimea.Realii, Amerikanın Səsi, New Times, Taiga.info, DOXA, Ekho Moskvı, Rain bloklanıb. Meduza, BBC-nin Rus Xidməti, Deutsche Welle və Radio “Exo Moskvı” ləğv edilib. Tomsk agentliyi TV2 fəaliyyətini dayandırmaq qərarına gəlib.

Bu ilin mart ayının sonunda Roskomsvoboda-nın petisiyasından sonra AmneziaVPN, Proton və HighLoad VPN xidmətləri Rusiyada bloklanmış nəşrlərə və qeyri-kommersiya təşkilatlarına pulsuz giriş vermək qərarına gəlib.

Gununsesi.info