“Qalatasaray”a “Neftçi” ilə oyun öncəsi ağır itki: Hücumçu zədələndi

  • By admin
  • 08 Sentyabr 2020 16:26

“Qalatasaray”ın hücumçusu Mbay Dian zədələnib.

Bu barədə “Milliyet” yazıb.

Ötən axşam keçirilən məşq zamanı futbolçunun zədələndiyi və məşqi yarımçıq qoyduğu bildirilir.

Klubun rəsmi internet saytında mövzuya toxunulmasa da, bu gün keçirilən məşqin fotolarında M.Dianın olmaması diqqəti çəkib.

Futbolçunun zədəsinin onun yaşıl meydanlardan nə qədər uzaq qalmasına səbəb olacağı açıqlanmayıb.

Xatırladaq ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” “Qalatasaray” klubunu sentyabrın 17-də Bakıda qəbul edəcək.

 

 

Gununsesi.info