Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq elektrik avadanlığından istifadə etməklə balıq ovlayan rayon sakinləri, S.Hümbətov, N. Rəcəbov, H. Bayramov saxlanılıblar.
Gununsesi.info xəbər verir ki, onların Gorançay çayının rayon ərazisindən keçən hissəsində elektrik avadanlığından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.












