Çempionlar Liqasında “Çelsi” ilə heç-heçə edən “Qarabağ” bərabərliyə görə 750 min avro qazanc əldə edib.
Gununsesi.info xəbər verir ki, 4 oyunda 7 xal toplayan (2 qələbə, 1 heç-heçə) Azərbaycan çempionunun bu mövsüm əsas mərhələdəki qazancı 4.95 milyon avroya çatıb.
UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə üçün 23 milyon 700 min, qələbələrə görə 4 milyon 200 min (bir qələbə 2 milyon 100 min avro), heç-heçəyə görə isə 750 min avro ödəniş edir.













