“Qarabağ” – “Qalatasaray” oyununu “Haber Global” canlı yayımlayacaq

“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq.

Gununsesi.info xəbər verir ki, futbol azarkeşləri həmin kanal vasitəsilə martın 26-da baş tutacaq qarşılaşmanı izləyə biləcəklər.

HTML tutorial

Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” matçının bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Gununsesi.info