“Qarabağda qırmızı xətt keçilsə, atamın oğlu da olsa, gözünə baxmaram”

  • By admin
  • 28 Oktyabr 2020 15:53

 

“Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, 30 il keçib.  Buna baxmayaraq ATƏT-in Minsk qrupu həmsədrləri deyilən ABŞ, Fransa və Rusiya problemi həll edə bilmədi. Hər toplantıda oturub müzakirə etdilər, sonra dağılışdılar. Liderlərlə görüşlərimiz oldu. Hörmətli Rusiya Prezidenti Vladimir Putinlə müzakirələrimiz baş tutdu. Azərbaycanla bağlı prosesi dəyərləndirdik”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında deyib. O, Putinlə ötən gün baş tutan telefon danışığından da bəhs edib:

“Dedik ki, bu işə Qafqazda son verək. İstəyirsənsə, birlikdə problemi həll edək. Siz Paşinyan, mən isə İlham Əliyev qardaşımla müzakirə aparaq, işi həll edək. Bir qərar verək, problemi həll edək. Həll edə bilmərik? Səmimi bir addım ataq. Biz problemi həll etmək məcburiyyətindəyik, səmimiyik. Sizin də səmimi olduğunuza inanıram. Gözəl görüşümüz oldu. Ümid edirəm, nəticəsi olacaq.

Qırmızı xəttimizi də söylədik. Bildirdik ki, bu xətlərdən keçilsə, kimsə inciməsin, atamızın oğlu belə olsa, gözünə baxmarıq.

Deyirlər ki, biz Suriyadan Azərbaycana qüvvələr göndəririk. Ermənistan hazırda 2000 nəfərə yaxın PKK-lını 600 dollar maaş müqabilində ora gətirib. Putin dedi ki, mənim onlardan xəbərim yoxdur. Cavab  verdim ki, mən sizə xəbər verirəm. “Bu PKK-lılar Suriyada fəaliyyət göstərirdi, Suriyadan gəlirlər” dedim. Cənab Putinin onlara üz verəcəyinə inanmıram. Lakin bunu Paşinyana mütləq deməlidir. Əks halda lazımi tədbirlər görüləcək.

Azərbaycanlı qardaşlarım itirilmiş torpaqlarının çox hissəsini geri aldılar. İnanıram ki, hamısını tezliklə geri alacaqlar”.

Günay

Gununsesi.info