“Qarabağ”ın cavab oyununa 14500 bilet satılıb

  • Müəllif: Firuzə
  • 08 Avqust 2025 13:29

Bakıda “Qarabağ” və Şimali Makedoniyanın “Şkendiya” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa indiyədək 14500 bilet satılıb.

Bu barədə Gununsesi.info-ya Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Səfərdəki görüşdə “köhlən atlar” rəqibi bir cavabsız qolla üstələyib

Gununsesi.info