“Qarabağ”ın oyununa 27 250 bilet satılıb

  • Müəllif: Firuzə
  • 31 Oktyabr 2025 14:37

Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 27 250 bilet satılıb.

Bu barədə Gununsesi.info-ya Ağdam klubundan məlumat verilib.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

 

Gununsesi.info