Qatarın üzərinə çıxan yeniyetməni elektrik vurdu

  • Müəllif: Firuzə
  • 26 Aprel 2026 23:10

Goranboy rayonunda yeniyetmə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Gununsesi.info-nun Report-a istinadən məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində, dəmiryol vağzalında baş verib.

İlkin ehtimala görə, qatarın üzərinə çıxan 2014-cü il təvəllüdlü S. Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Gununsesi.info