Qəbələdə yanğın oldu

  • Müəllif: Firuzə
  • 16 İyun 2026 14:14

Qəbələ rayonunun Mirzəbəyli kəndində yanğın olub.

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info