Qubada erkən nikahın qarşısı alınıb, toy mərasimi ləğv edilib

  • Müəllif: Firuzə
  • 13 Sentyabr 2025 12:11

Quba rayonunda 15 yaşlı qızın 1990-cı il təvəllüdlü şəxsə ərə verilməsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilb ki, Quba Rayon Polis Şöbəsində qanunsuz əməlin təşkilində təqsiri olan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

İstintaq tədbirləri davam etdirilir.

Gununsesi.info