Qurban Qurbanov: "Çox çətin oyun bizi gözləyir"

  • Müəllif: Firuzə
  • 04 Noyabr 2025 17:16

“Çox çətin oyun bizi gözləyir”.

Gununsesi.info  xəbər verir ki, bunu “Qarabağ” – “Çelsi” oyunundan əvvəl mətbuat konfransında jurnalistlərə açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, bu cür komandanın Bakıya gəlməsi bizim üçün əlavə stimuldur:

“Oyuna yaxşı hazırlaşmışıq. Futbolçularıma güvənirəm. İnanıram ki, azarkeşlərimiz sabahkı oyunumuzdan zövq alacaqlar”.

 

Gununsesi.info