Ramazanın 15-ci gününün duası – İmsak və iftar vaxtı

  • By admin
  • 27 Aprel 2021 21:42

Sabah Ramazan ayının 15-ci günüdür.

Gununsesi.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən sabah imsak saat 04:05, iftar isə saat 19:47-dədir.

Ramazan ayının 15-ci gününün duası:

“Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin”.

Tərcüməsi:

“İlahi, mənə bu ayda təqvalı olanların itaətini bəxş et, qəlbimi bu ayda itaət edənlərə məxsus tövbə üçün geniş aç. Sən özün aman ver, ey ürəklərində Allah qorxusu olanların ümidgahı!”

Allah orucunuzu qəbul etsin!

Gununsesi.info