Ramiz Mehdiyev: "Hərc-mərcliiyə görə bu şəxs məsuliyyət daşıyır"

“Yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının ilk iclasında Akademiya prezidenti Ramiz Mehdiyev deyib.

Akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi tənqid edən akademik Ramiz Mehdiyev qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb. O, alimlərin sırf elmi işlərlə məşğul olmaları üçün müəyyən şəraitin yaradıldığını və bu məqsədlə bir sıra zəruri addımların atılacağını diqqətə çatdırıb.

Gununsesi.info