“Real Madrid” 14-cü dəfə Çempionlar Liqasının qalibi oldu

  • By admin
  • 29 May 2022 09:17

UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün ən güclüsünün adına aydınlıq gəlib.

Gununsesi.info xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən həlledici matçda İspaniya nəhəngi “Real”la İngiltərənin “Liverpul” komandası qarşılaşıb.

Matçın taleyini bir qol həll edib.

Qarşılaşmanın 59-cu dəqiqəsində Vinisius Junior “Real”a qələbə qazandıran qola imza atıb.

“Liverpul” cavab qolu üçün dəfələrlə cəhd etsə də, madridlilərin qapıçısı Tibo Kurtuanın cəhdləri sayəsində oyunda başqa qol olmayıb.

Beləliklə, “Real” Çempionlar Liqasının qalibi olub.

Gununsesi.info