Rəsmi Bakı: Hindistan və Pakistan arasındakı atəşkəsi alqışlayırıq

  • Müəllif: Günel
  • 10 May 2025 20:36

“Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayırıq”.

Gununsesi.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Hindistan və Pakistan arasında əldə olunan atəşkəslə bağlı bəyanatında qeyd olunub.

“Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq. Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq” – bəyanatda qeyd olunur.

Gununsesi.info