Ronald Kuman 2 futbolçunu “Barselona”dan kənarlaşdırdı

  • By admin
  • 05 Sentyabr 2020 16:41

İspaniya “Barselona”sının yeni baş məşqçisi Ronald Kuman futbolçular Luis Suares və Arturo Vidalı əsas komandanın məşqlərindən kənarlaşdırıb.

Gununsesi.info ESPN nəşrinə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis sözügedən oyunçular komandanı tərk edəcəyi üçün belə addım atıb.

Uruqvaylı hücumçunun İtaliyanın “Yuventus”, çilili yarımmüdafiıçinin isə “İnter” klubuna keçəcəyi gözlənilir. Hər iki futbolçu fərdi qaydada məşq edir.

Qeyd edək ki, bir müddət öncə komandadan ayrılacağını söyləyən Lionel Messi isə qərarını dəyişib. “Barselona”da qalacağını açıqlayan argentinalı hücumçu sentyabrın 7-dən məşqlərə qoşulacaq.

 

 

Gununsesi.info