Rus ordusu ağır günlərini yaşayır - CƏBHƏDƏ SON DURUM

  • By admin
  • 09 İyun 2023 11:31

Putinin təbliğatçısı kimi tanınan raşist Peqovun kanalı WarGonzo Ukrayna-Rusiya cəbhəsindəki bu günkü vəziyyət haqqında məlumat verərək, bunları yazıb:

Zaporojye istiqamətində Ukrayna Silahlı Qüvvələri (USQ) hücuma keçərək, taktiki uğura nail olub. Şərq tərəfdə USQ Rabotinoya hərəkəti davam etdirib. Ukraynalılar Berdyanska raket zərbəsi endirib.

Uqledar tərəfdə USQ Neskuçnı rayonunda hücum hərəkətləri edib.
Donetsk cəbhəsində USQ Maryinkada əks-hücuma keçib. Ukrayna ordusu Donetsk, Opıtnı və Qorlovkaya zərbələr endirib.

Baxmutdan cənub-qərb istiqamətində ukraynalılar Kleşşevkaya yaxınlaşıblar, Berxovka və Dubovo-Vasilyevkada hücum əməliyyatları aparırlar.

Raşist Peqovun nə dərəcədə obyektiv jurnalist olması bizə hələ 2-ci Qarabağ Müharibəsindən məlumdur. Əgər o yuxarıdakıları etiraf edirsə, deməli Rusiya ordusunun vəziyyəti daha dramatik, bəlkə də faciəvidir.

Tərcümə:
Günel