Rus ordusunun daha bir zabiti MƏHV EDİLDİ

  • By admin
  • 20 Mart 2022 12:35

İzyumun tabeliyində olan Ukrayna hərbçiləri Rusiya Federasiyasının Qərb Hərbi Dairəsinin mühəndis qoşunları rəisinin müavinini məhv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi-mülki administrasiyasının rəhbəri Oleq Sinequbov  məlumat verib.

Onun sözlərinə görə, İzyum istiqamətində rus əsgərləri Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa cəhd etsə də, buna nail ola bilməyib.

“Qərb Hərbi Dairəsinin polkovniki Ukrayna hərbçiləri tərəfindən məhv edildi. Bu gün işğalçılar 38 artilleriya, minaatan zərbələri endiriblər. Ukrayna Silahlı Qüvvələri sayəsində ruslar Xarkov səmasında mövcudluğunu xeyli azaldıb. Bu gün biz kəşfiyyat təyyarələrini qeydə alırıq. Səhər saatlarında Ukrayna hərbçiləri Rusiya təxribat-kəşfiyyat qruplarının şəhərə daxil olmaq cəhdinin qarşısını alıblar. Onlar pulemyot və atıcı silahlardan atəş açdılar, lakin ukraynalı döyüşçülər işğalçılara qalib gəldilər” – o bildirib.

Gununsesi.info