Bakıda avtomobillər toqquşdu: xəsarət alan var

  • By admin
  • 20 Mart 2022 12:26

Bakıda avtomobillər toqquşub, xəsarət alan var.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat yayılıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “VAZ” markalı minik avtomobili “Opel” markalı minik avtomobilinə çırpılıb: “Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “VAZ” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər”.

Gununsesi.info