Rusiya: - Biz Ukraynanın NATO-ya üzv olmasına imkan verməyəcəyik

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın NATO-da iştirakının qəbuledilməz olduğunu bildirib və “Biz buna icazə verməyəcəyik” deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi xarici işlər naziri Sergey Lavrovun paytaxt Moskvada Rusiyaya səfər edən Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijarto ilə görüşdüyünü açıqlayıb.

Bildirilib ki, görüş zamanı Rusiya ilə Macarıstan arasında müxtəlif sahələrdə əlaqələr və beynəlxalq məsələlər müzakirə olunub.

Ukrayna böhranına toxunan Lavrov bəyan edib ki, böhranın həlli üçün kök səbəbləri aradan qaldırılmalıdır. 

Lavrov, “Səbəblərdən biri NATO-nun şərqə doğru irəliləmək və Ukraynanı udmaq cəhdidir. Bu, Rusiya sərhədləri üçün hərbi təhlükə yaradır. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynanın NATO-ya daxil olması qəbuledilməzdir.

O, “Biz buna icazə verməyəcəyik” deyib.

Rusiya ilə Ukrayna arasında danışıqların bərpası məsələsinə də toxunan Lavrov, “Ölkəmizin qanuni maraqlarının hərtərəfli nəzərə alınması istiqamətində Ukrayna ilə danışıqlara hazırıq” deyib.

Orxan Saffari

Gununsesi.info