Rusiya ABŞ-a meydan oxudu: “Geri çəkilməyəcəyik”

  • By admin
  • 01 Fevral 2022 10:15

Rusiya ABŞ-dan gələn təhdidlərə görə öz maraqlarından geri çəkilməyəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyindən bildirilib.

“Gərginliyin generatoru Moskva deyil, Vaşinqtondur. Biz geri çəkilmək niyyətində deyilik və Amerikanın sanksiyaları ilə bağlı hədə-qorxuları nəzərə alaraq diqqətdə dayanacağıq”,- səfirlik bildirib.

Səfirlik, həmçinin bəyan edib ki, məhz ABŞ “Kiyevdə radikal millətçi dövlət çevrilişini təşviq edib, bunun nəticəsində Krım sakinləri məhv olmaq təhlükəsi ilə üzləşib və Rusiya ilə birləşməyə səs veriblər”.

Eyni zamanda, bəyanatda vurğulanıb ki, Rusiya silahlı qüvvələrini öz ərazisinə köçürmək üçün suveren hüquqa malikdir və bu, heç kəsi təhdid etmir.

Gununsesi.info