“ABŞ prezidentinin xüsusi nümayəndəsi S. Uitkof və kürəkəni C. Kuşnerin Kremldə Rusiya prezidenti V. Putinlə keçirdiyi görüşdə üçtərəfli formatda danışıqların aparılması ilə bağlı razılıq əldə edilsə də, Donbas məsələsi açıq qalmaqdadır. Qeyd edim ki, Rusiya və ABŞ Donbas mövzusunda müəyyən anlaşmaya gəlib”.
Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Xüsusilə, ötən il Ankoricdə keçirilən V. Putin–D. Tramp görüşündə ərazi güzəştləri ilə bağlı razılaşmanın əldə olunduğu iddia edilir.
Hazırda isə Əbu-Dabidə keçirilən üçtərəfli görüşlərdə Rusiya Donbas məsələsində mövqeyindən geri çəkilmir. Donbasın güzəştə gedilməsi Moskva üçün taktiki qələbə ola bilər.
Ona görə də Rusiya danışıqlarda kiçik qələbədə olsa, əldə etmək istəyir. Bununla belə, Rusiyanın ərazi məsələlərində güzəştə getməkdən imtina etməsi müharibənin uzanmasına və danışıqlar prosesinin dalana dirənməsidir”.
Siyasi ekspert əlavə edib ki, bu danışıqlar prosesində ABŞ yenidən Ukrayna rəhbərliyinə təzyiqlər edəcək.
Şəbnəm












