Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi

Ermənistana təbii qazın verilişi bu gün günorta saatlarında bərpa edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.

Qeyd edək ki, Ermənistana qazın verilməsi Gürcüstan ərazisində “Şimali Qafqaz – Cənubi Qafqaz” tranzit magistral qaz kəmərinin “Qazax – Saquramo” hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.