Rusiya hərbçiləri ruh düşkünlüynə qapılıb - BRİTANİYA KƏŞFİYYATI

  • By admin
  • 28 Mart 2022 09:46

“Son 24 saat ərzində Rusiya qoşunlarının Ukraynanın işğal olunmuş ərazilərindəki mövqelərində heç bir ciddi dəyişiklik baş verməyib”.

Gununsesi.info  xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin yaydığı kəşfiyyat məlumatlarında deyilib.

Bildirilib ki, mövcud maddi-texniki təchizat çatışmazlığı Rusiya hərbçiləri arasında davamlı iradə və ruh düşkünlüyünün olması, habelə ukraynalıların aqressiv döyüşləri ilə daha da ağırlaşır:

“Rusiya şiddətli döyüşlərin davam etdiyi Mariupol bölgəsinin cənubunda böyük uğurlar əldə edib. Onlar orada limanı ələ keçirməyə çalışırlar”.