Rusiya Qafqazdakı ordu bölmələrini Krıma göndərdi

  • By admin
  • 16 Aprel 2021 11:50

Rusiya Krıma 58-ci ordunun bölmələrini yerləşdirib.

Gununsesi.info xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, 58-ci ordu Cənub Hərbi Dairəsinə daxildir. Ordunun daimi dislokasiya yeri Şimali Qafqaz respublikalarıdır. 58-ci ordunun mənzil qərargahı Vladiqavqaz (Şimali Osetiya) hesab edilir. Məhz bu ordu Dağıstandakı 90-cı illərdəki proseslərdə, 2008-ci il Gürcüstan müharibəsi və 2014-cü il Donbas savaşında (qeyri-rəsmi) iştirak edib.