Rusiya Ukrayna yaxınlığından qüvvələrini geri çəkir - VİDEO

  • By admin
  • 16 Fevral 2022 18:56
Rusiya Ukrayna yaxınlığından qüvvələrini çəkdiyini göstərən görüntülər yayıb.
Gununsesi.info xəbər verir ki, Rusiyanın müdafiə naziri bəzi qüvvələrin artıq Ukrayna yaxınlığından çəkildiyini açıqlayıb.
Fevralın 15-də Blinken və Lavrovun telefonla danışmasından az əvvəl Moskva Ukrayna yaxınlığındakı bəzi qoşun hissələrinin təlimi başa vuraraq öz daimi bazalarına qayıtdığını xəbər vermişdi.
Bu arada Rusiya prezidenti Vladimir Putin də dialoqu davam etdirmək istədiyini deyib.
Almaniya kansleri Olaf Şolts fevralın 15-də Rusiya prezidenti Vladimir Putinlə dörd saatlıq danışıqlardan sonra deyib ki, o Rusiya və Ukrayna arasında müharibənin önlənməsi üçün daha çox diplomatiyaya imkan görür.
ABŞ prezidenti Co Bayden isə deyib ki, Rusiyanın Ukraynaya hücumunun mümkünlüyü “hələ də bir xeyli qalır” Zelenski isə fevralın 16-nı birlik günü elan edib.
Məlumatlara görə, ABŞ kəşfiyyatı həmin gün Rusiyanın hərbi hücuma başlaya biləcəyini bildirib.

Gununsesi.info