Rusiya Ukraynaya hücum etdi: - 3 ölü

  • By Admin2
  • 07 Fevral 2025 17:47

Rusiyanın Ukraynanın Sumı vilayətinə hücumu nəticəsində 3 nəfər həlak olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya ötən gecə Ukraynanın şimalındakı Sumi bölgəsinə idarə olunan bombalı hücuma başlayıb .

Vilayət prokurorluğu açıqlamasında Rusiya sərhədindəki Myropillya kəndində bir binanın uçduğunu və hücum nəticəsində 3 nəfərin həyatını itirdiyini bildirib.

Orxan Saffari

Gununsesi.info