Rusiya vətəndaşı Bakıda avtoqəza törədib: ölən var

  • Müəllif: Günel
  • 14 May 2025 09:13

Bakıda Rusiya vətəndaşının idarə etdiyi avtomobil piyadanı vurub.

Gununsesi.info xəbər verir ki, 1975-ci təvəllüdlü Şıxveledov İmiraslan Şıxveledoviçin idarə etdiyi “Volvo” markalı avtomobil Xəzər rayonunda yolu keçən piyada, 1975-ci il təvəllüdlü Hüseynov Sabir Balamirzə oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Gununsesi.info