Yaponiyanın “All Nippon Airways” aviaşirkətinə məxsus təyyarə sərnişinin ekipaj üzvünün qolunu dişləməsindən sonra Tokioya qayıdıb. Hadisədən sonra saxlanılan sərnişin yuxu dərmanı qəbul etdiyini və baş verənləri xatırlamadığını bildirib.
Gununsesi.info xəbər verir ki, rəsmi Kyodo agentliyinin məlumatına görə, ANA-nın 118 saylı reysi ilə Tokio-Sietl reysi ilə uçan 55 yaşlı sərnişin ekipaj xidmətçisinin qolunu dişləyib. Hadisədən sonra ekipajın müdaxilə etdiyi sərnişin təyyarə havaya qalxdığı Tokiodakı Haneda hava limanına qayıtdıqdan sonra saxlanılıb.
Sözügedən sərnişinin “ekipaj üzvünə zərər vurmaq” maddəsi ilə ittiham ediləcəyi bildirilib.
Bildirilib ki, ABŞ vətəndaşı sayılan şəxs polisin dindirilməsi zamanı təyyarədə yuxu dərmanı istifadə etdiyini və hadisəni xatırlamadığını iddia edib.
Gununsesi.info