“Sədərək” bazarı Yusif Qədiməliyevin əlindən alınır

  • By admin
  • 08 Sentyabr 2020 10:42

 

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin özü ilə yanaşı yaxınları da hakimiyyətin qəzəbinə tuş gəlib.

Gununsesi.info-nun xəbərinə görə, Ramiz Mehdiyevin şəriki olduğu  “Sədərək” Ticarət Mərkəzi oranın hüquqi sahibi olan Yusif Qədiməliyevin əlindən alınır.

Artıq prosəsə start verildiyi və bazarın yeni rəhbərliyinə verilməsi üçün sənədləşə işlərinə başlanıldığı deyilir.

Qeyd edək ki, “Sədərək” ticarət mərkəzi Cənubi Qafqazən ən böyük ticarət mərkəzlərindən biridir.

Bu bazarda gündəlik milyonlarla dövriyyə olur.

 

Gununsesi.info