Şəhid ailələrinə və qazilərə pulsuz hüquqi yardım göstəriləcək

  • By admin
  • 18 Oktyabr 2022 14:51

Hər il 25 oktyabr Avropa Vəkillər Günü (Avropa Ədalət Günü) qeyd edilir.

Vəkillər Kollegiyası tərəfindən Avropa Vəkillər Günü (Avropa Ədalət Günü) ilə əlaqədar “Müharibə zamanı hüququn aliliyinin təmin edilməsi – vəkillərin rolu” mövzusu çərçivəsində layihə (tədbir) ilə əlaqədar vəkil qurumları tərəfindən şəhid ailələri üzvlərinə, qazilərə, hüquqi yardıma ehtiyyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcəkdir.

Sözügedən tədbir çərçivəsində “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu tərəfindən 25 oktyabr 2022-ci il tarixində saat 10:00-dan 18:00-dək şəhid ailələri üzvlərinə, qazilərə, hüquqi yardıma ehtiyyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcəkdir.

Ünvan: Yasamal rayonu, İ. Qutqaşınlı 507/511, “Altes Plaza” A blok, 21-ci mərtəbə Əlaqə nömrəsi : 050 555 66 84; 012 555 66 84

Gununsesi.info