Şəhidimizlə vida mərasimi keçirilir - FOTO

  • By admin
  • 09 Dekabr 2021 22:45

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu ilə vida mərasimi keçirilir.

Gununsesi.info xəbər verir ki, şəhidin nəşi Siyəzənin Zarat kəndində yaşayan ailəsinə təhvil verilib.

Şəhidin doğulub boya-başa çatdığı evdə keçirilən vida mərasimdə onun yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, qazilər və şəhidin hərbçi yoldaşları iştirak edirlər.

Şəhid A.Əliyev Zarat kənd qəbirstanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

Gununsesi.info