Şəhidimizlə vida mərasimi keçirilir - FOTO

  • By admin
  • 17 Noyabr 2021 14:35

Ermənistanın təxribatı nəticəsində şəhid olan Əliyev Natiq Yusif oğlu ilə vida mərasimi keçirilir.

Gununsesi.info-nun yerli bürosunun verdiyi məlumata görə, vida mərasimində şəhid hərbçimizin yaxınları, döyüş yoldaşları, rəsmilər iştirak edir.

Şəhidimiz Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdə olan çavuş Natiq Əliyev ailəli olub, 1 övladı var. Şəhidimiz Laçın və Kəlbəcər arasında düşmən təxribatının qarşısını alarkən şəhadət zirvəsinə yüksəlib.

Allah rəhmət eləsin!


Gununsesi.info