Şəhla Hümbətova Elçin Sadıqovla görüşüb - HƏBSDƏKİ VƏKİL YERLİ VƏ BEYNƏLXALQ İCTİMAİYYƏTDƏN DƏSTƏK GÖZLƏYİR

  • By admin
  • 15 Sentyabr 2022 11:47

Vəkil Şəhla Hümbətova DTX-nın İstintaq Təcridxanasında saxlanılan həmkarı Elçin Sadıqovla görüşüb.
Bu barədə Gununsesi.info-ya Şəhla Hümbətova bildirib.

Onun sözlərinə görə, Elçin Sadıqov kamerada tək saxlanılır: “Əhval -ruhiyyəsi yaxşıdır. Avropa Şurasının İnsan Haqları Komissiranın onunla bağlı bəyanatından xəbəri var. O, yerli və beynəlxalq ictimaiyyətdən ciddi dəstək gözləyir. Hər kəsə salam söylədi”.