Sərnişinlərin həyatını təhlükəyə atan sürücü işdən çıxarıldı - YENİLƏNİB + VİDEO

136 saylı marşrut xəttinin sərnişinlərin həyatını təhlükəyə atan sürücüsü işdən çıxarılıb.

Bu barədə Oxu.Az-a daşıyıcı şirkətdən məlumat verilib.

Bildirilib ki, 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü, Mehdiyev Zaur Mahmud oğlu ilə bağlanmış müqaviləyə xitam verilib:

“Həmin sürücü başqa yerdə çalışırmış və bizim şirkətə də, ikinci iş kimi müraciət edib. Bizdə də sürücü çatışmazlığı olduğu üçün işə götürdük. Hadisə baş verən müddətdə ilk iş günü idi”.

11:03

Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünün sərnişinlərin həyatını təhlükəyə atmasına münasibət bildirib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, sürücü barədə tədbir görülüb:

“Həmin sürücü barədə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq tədbir görülüb. Eyni zamanda daşıyıcı şirkətə məlumat verilib”.

10:24

Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.

Manset.az xəbər verir ki, 90-MO-493 dövlət nömrə nişanlı avtobusun sürücüsü ötmə əməliyyatının qadağan olunduğu yerdə digər sərnişin avtobusunu ötüb, qarşıdan gələn minik avtomobili ilə toqquşmadan son anda qurtulub.

Təhlükəli anı əks etdirən görüntü qarşıdan gələn avtomobilin kamerasında düşüb. Hadisə sentyabrın 27-də baş verib.

Həmin anın videosunu təqdim edirik:

Gununsesi.info