“Sabah” basketbol komandası təlim-məşq toplanışı üçün Litvaya yollanıb

  • Müəllif: ilhame
  • 20 Avqust 2024 13:29

Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək kişi basketbolçulardan ibarət “Sabah” klubu ötən gecə təlim-məşq toplanışı üçün Litvaya yollanıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Hazırlıq prosesi sentyabrın 10-dək davam edəcək.

 

Komanda Litvada bir neçə yoxlama matçı da keçirəcək.

Gununsesi.info