Sabah bu ərazilərdə qaz kəsiləcək

  • Müəllif: Firuzə
  • 04 İyun 2026 20:46

Sabah Bakının bir hissəsində qaz olmayacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilir ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun, Binəqədi şosesinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Gununsesi.info