Sabahdan Almatıda “narıncı” terror təhlükəsi səviyyəsi ləğv olunacaq

  • By admin
  • 06 Fevral 2022 15:44

Sabahdan Almatıda terror təhlükəsi ilə bağlı yüksək – “narıncı” səviyyə ləğv olunacaq.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Almatı şəhər Terrorizmlə mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd edilib ki, şəhərdə vəziyyətin stabilləşməsi ilə əlaqədar belə bir qərar qəbul olunub. Beləliklə, 7 fevral saat 00.00-dan Almatıda “narıncı” terror təhlükəsi səviyyəsi ləğv olunacaq. Bununla belə, hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirəcəklər.

 

 

Gununsesi.info