“Ukrayna ilə müharibə olarsa, 3-4 gün davam edəcək” - LUKAŞENKO

  • By admin
  • 06 Fevral 2022 15:36

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Ukrayna onun ölkəsi ilə heç vaxt müharibə etməyəcək. Əgər bu baş versə müharibə üç-dörd gün davam edəcək.

“Ukrayna heç vaxt bizimlə vuruşmayacaq. Bu müharibə maksimum üç-dörd gün davam edəcək. Orada bizə qarşı döyüşəcək heç kim olmayacaq” – deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Ukrayna Ordusunun hazırlığı aşağı səviyyədədir.

 

Gununsesi.info