Sabirabadda 2 tondan çox çətənə bitkisi məhv edildi

  • Müəllif: Firuzə
  • 16 Avqust 2025 16:00

Sabirabadda yabanı halda bitən 2 tondan çox çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Cavad kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 2 ton 250 kiloqram olan 2635 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Gununsesi.info