Şabranda zəlzələ oldu

  • Müəllif: admin
  • 07 Oktyabr 2021 15:56

Şabran rayonunda zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:01-də Siyəzən stansiyasından 11 km şimal-qərbdə Şabran rayonunda zəlzələ qeydə alınıb.

Maqnitudası 3,4, dərinliyi 2 km olan zəlzələ zəif hiss olunub.

Gununsesi.info